Stalinin Bakı ilə bağlı AĞILASIĞMAZ PLANI: Xəzərdə ŞOK LAYİHƏ

Stalinin Bakı ilə bağlı AĞILASIĞMAZ PLANI: Xəzərdə ŞOK LAYİHƏ
10:53 24 Oktyabr 2017
44 Digər
Ölkə mətbuatı
A- A+

SSRİ dövründə Xəzər dənizi yox ola bilərdi. Çünki 1952-ci ildə İosif Stalin Xəzərin qurudulması haqda plan hazırlamışdı. Ümumiyyətlə Sovet hakimiyyətində olduqca qəribə və mümkünsüz görünən layihələr mövcud olub. Misal üçün, Qazaxıstan və Mərkəzi Asiyada kənd təsərüfatının inkişafı məqsədilə Sibir çaylarının axınını dəyişdirmək kimi fikir olub. Lakin Xəzər dənizinin qurudulması planının daha çox qlobal miqyasa malik olduğu deyilir. Çünki Xəzərin qurudulması fikirləri Stalindən də qabaq mövcud olub.

Publika.az
xəbər verir ki, 1906-cı ildə Xəzərin qurudulması üçün hətta müsabiqə də elan edilib. 1909-1912-ci illərdə ilk işlərə də başlanılıb, lakin vətəndaş müharibəsi buna imkan verməyib. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra bu məsələ yenidən gündəmə gəlib.

Stalinin planı

1949-cu ildə Xəzər dənizinin sahildən 40 kilometr ərazisində neft quyusu qazıldı. Bu, SSRİ-nin açıq dənizdəki ilk neft quyusu idi. Polad dirəklərin üzərində Neft Daşları şəhərinin inşası planlaşdırılırdı. Lakin məlum oldu ki, çoxkilometrli eskadaların tikintisi baha başa gələcək və bunu yalnız dayaz yerlərdə tikmək mümkündür. Həmin vaxt Xəzər dənizi SSRİ-də neft çıxarılan yeganə yer idi, Qərbi Sibir yataqları hələ açılmamışdı. Buna görə də dənizdən neft çıxarmanı intensivləşdirmək məsələsi gündəmə gəldi. Və 1952-ci ildə Stalin Xəzər dənizini tamamilə qurutmaq layihəsini hazırladı.

Plana görə, Xəzər dənizi tamamilə qurudulmalı, dənizə axan Volqa çayının axını Şimali Qazaxıstana tərəf yönəldilməli, Kür çayı isə doldurulmalı idi.

Layihə niyə baş tutmadı?

1952-ci ildə SSRİ daxili işlər nazirinin birinci müavini olmuş və Volqa-Don kanalının tikintisinə nəzarət etmiş İvan Serov memuarlarında Stalinin layihəsinin detalları haqda yazır.

Stalin Xəzərin qurudulması ilə bağlı təklif və hesablamaları hazırlamağı Serova tapşırır. Lakin müzakirə zamanı məlum olur ki, suyun aparılması üçün kanallar tikmək lazım olacaq və bunun üçün 4-5 il zaman, eləcə də 10 milyard rubl pul lazımdır. Bu, çox bahalı və səmərəsiz idi. Həmçinin, aydınlaşdı ki, Xəzərin tamamilə qurudulması mümkün deyil, çünki çəkilən suyun yerini yağış suları yenidən dolduracaq. Bunu bəlkə də texnologiya vasitəsilə həll etmək mümkün olardı, amma hidroloqlar prosesin 16-17 il çəkəcəyini deyirdilər. Onların fikirlərini dinləyən Stalin deyir: “Güman ki, bu, lazım deyil”.

Layihə tez unuduldu və yalnız 1990-cı illərdə üzə çıxdı. Həmin vaxt artıq arxivə göndərilən SSRİ-nin keçmiş neft sənayesi naziri Nikolay Baybakov bunu ötəri yada saldı. SSRİ dağılandan sonra mütəxəssislər “nə yaxşı ki, ağıllı insanlar bu dəlisov layihənin həyata keçməsinə imkan vermədilər” deyə qeyd edirlər.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/218132.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR