Bu gün Bakının Binəqədi rayonuna içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Bu gün Bakının Binəqədi rayonuna içməli suyun verilməsində məhdudiyyətlər olacaq
10:57 24 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ Bu gün Bakının Binəqədi rayonunun 7-ci və 8-ci mikrorayonlarının bəzi ərazilərinə, eləcə də Azadlıq prospekti, Cəfər Xəndan və Fərman Məlikov küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə “Report”a “Azərsu” ASC-dən bildirilib.
Məlumatda deyilir ki, buna səbəb rayonun F.Məlikov küçəsindən keçən magistral su xəttində yenidənqurma işlərinin aparılmasıdır.
“Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abunəçilərdən üzr istəyir”, - deyə məlumatda qeyd edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/bu-gun-bakinin-bineqedi-rayonuna-icmeli-suyun-verilmesinde-mehdudiyyetler-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR