Güləş Federasiyasının I vitse-prezidenti işdən çıxarıldı

Güləş Federasiyasının I vitse-prezidenti işdən çıxarıldı
11:22 24 Oktyabr 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Güləş Federasiyasının (AGF) rəhbərliyində kadr dəyişikliyi aparılıb.

AGF-dən Milli.Az-a verilən məlumata görə, Federasiyanın Prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə Federasiyanın I vitse-prezidenti Namiq Əliyev tutduğu vəzifədən azad edilib.

Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti vəzifəsinin icrası müvəqqəti olaraq Ələkbərov Sahib Nurəddin oğluna həvalə edilib.

Qeyd edək ki, Namiq Əliyev 2007-ci ildən Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti idi. O, həmçinin, 2010-cu ildən FİLA (Beynəlxalq İdman Güləşi Federasiyası) İcraiyyə Komitəsinin üzvüdür.

Xatırladaq ki. bir müddət əvvəl Azərbaycanda bir qrup tanınmış güləşçi əmək haqlarının vaxtında verilməməsindən kütləvi şikayətlə çıxış etmişdilər. 

Zəfər Tağı

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/593181.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR