Türkiyə 6 sualtı qayıq inşa edəcək

Türkiyə 6 sualtı qayıq inşa edəcək
11:22 24 Oktyabr 2017
46 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin müdafiə sistemini gücləndirmək məqsədilə 6 sualtı qayığın tikintisi planlaşdırılıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Layihə ilkin olaraq 2,7 milyard dollar dəyərləndirilir.

Sualtı qayıqların İzmir vilayətində, Gölcük tərsanəsində inşa olunacağı bildirilir.

Qeyd edək ki, Türkiyə ilk yerli istehsallı "Piri Rəis" sualtı qayığını gələn ilin sonunda suya buraxacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/593175.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR