Facebook-dan xəbər saytlarına "qara xəbər" - FOTO

Facebook-dan xəbər saytlarına "qara xəbər" - FOTO
11:32 24 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Dünyanın ən populyar sosial şəbəkəsi olan Facebook-da xəbər lenti funksiyasının yenilənməsi kütləvi informasiya vasitələri üçün çox pis "sürpriz" olub.

Belə ki, xəbərlərini Facebook-da paylaşan KİV-lər sosial şəbəkədəki reaksiyanın, yəni oxunma statistikasının minimum 4 dəfə aşağı düşməsi ilə üzləşiblər.

Situasiya bu günlərdə Azərbaycanın kütləvi informasiya vasitələri üçün də təkrarlanacaq.

Səbəb Facebook-da xəbər lentinin (News Feed) formalaşmasının yeni alqoritmidir.

Alqoritm sınaqdan keçirildiyindən kütləvi informasiya vasitələrinin, xüsusilə də xəbər saytlarının Facebook-da xəbərlərinə göstərilən reaksiya, xüsusilə də oxunma statistikası dəfələrlə azalır.

Vəziyyət yaxın günlərdə daha da kritik olacaq.

"Explore Feed" adlı yeni, ikinci xəbər lenti funksiyasını işə salmış Facebook burada istifadəçilərin bəyəndikləri bütün publik səhifələrin yazılarını və xəbərlərini dərc edirlər.

Əsas lentdə (News Feed) isə sadəcə, dostların statusları, paylaşımları, bir də reklam qalacaq.

Beləliklə, KİV-lərin, xüsusilə də xəbər saytlarının Facebook səhifələrində paylaşmalarına baxmaq üçün istifadəçi "Explore Feed"ə, yəni "Maraqlılar lenti"nə baxmalıdır. Medianın paylaşdığı xəbərlərsə yalnız Facebook-da reklam vasitəsilə əsas lentdə yer alacaql

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/593187.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR