Avtomobilində mahnı oxuduğuna görə cərimələndi: "Bilmirəm səsim pisdir, yoxsa ..." - FOTO

Avtomobilində mahnı oxuduğuna görə cərimələndi: "Bilmirəm səsim pisdir, yoxsa ..." - FOTO
11:37 24 Oktyabr 2017
56 Dünya
Ölkə mətbuatı
A- A+

Avtomobil ilə yol gedərkən mahnı oxumaq baş qarışdırmaq və vaxt keçirmək üçün ən gözəl üsuldur. Lakin aşağıda adı çəkilən şəxs avtomobilində mahnı oxuduğuna görə 149 dollar cərimələnib.

Milli.Az Britaniya mediasına istinadla bildirir ki, Kanadanın Montreal limanının yaxınlığında yaşayan Taoufik Moalla şəxsi avtomobilində "Gonna Make You Sweat" (Everybody Dance Now) mahnısını oxuduğuna görə 149 dollar məbləğində cərimələnib.

Taoufik başına gələnləri mətbuata danışıb:

"Mahnı oxuyanda polislər avtomobilimi dayandırmağı işarə etdilər. 4 polis avtomobilimə yaxınlaşdı. Onlar özlərini təqdim edib, avtomobilin içinə baxdılar, yoxlanışdan sonra sənədlərimi tələb etdilər. Sənədlərimi də yoxladıqdan sonra məndən niyə qışqırdığımı soruşdular, mən isə mahnı oxuduğumu dedim. Onlar məni ictimai yerdə qışqırdığıma görə 149 dollar cərimələdilər.

Şoka düşmüşdüm. Mən nə kimisə qaçırmışam, nə də zorlamışam. Sadəcə avtomobilimdə özüm üçün mahnı oxuyurdum. Bilmirəm səsim pisdir, yoxsa nə?. Amma heç vaxt gözləməzdim ki, belə bir hərəkətə görə cərimələnim".

Emin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/593154.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR