Venesuela yenidən defolt ola bilər

Venesuela yenidən defolt ola bilər
11:42 24 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ 2014-cü ildə dünya bazarında neftin ucuzlaşmasından sonra həmişə defolt olmaq riski yaşayan Venesuela bu həftə iri borc ödənişləri həyata keçirməli olduğundan sözügüdən təhlükəyə daha da yaxınlaşıb. 
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin dövlət neft şirkəti "PVDSA" oktyabrın 27-də 985 mln. ABŞ dolları, noyabrın 2-də isə 1,2 mlrd. dollar borc qaytarmalıdır. 
Bu isə qızıl-valyuta ehtiyatları son 15 ildə ilk dəfə 10 mlrd. dollardan aşağı düşən Venesuela üçün böyük məbləğdir.
Hazırda Venesuelanın xarici kreditorlara borcu 140 mlrd. dollara yaxındır. Ölkənin qızıl-valyuta ehtiyatları isə ancaq təcili borcları ödəməyə çatır. Aparılan sorğular "PVDSA"nın defolt olma ehtimalını yaxın 1 il üçün 75%, yaxın 5 il üçün isə 99% göstərir.
Qeyd edək ki, Venesualenin Mərkəzi Bankı dolların məzənnəsini 10 bolivara bərabər müəyyən etdə də, "qara bazar"da qiymət 40 min bolivardan çoxdur. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/venesuela-yeniden-defolt-ola-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR