Azərbaycanda sərnişin daşınması müqaviləsinə dəyişiklik edilir

Azərbaycanda sərnişin daşınması müqaviləsinə dəyişiklik edilir
11:52 24 Oktyabr 2017
24 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ Azərbaycanda sərnişin daşınması müqaviləsinə dəyişiklik təklif olunur.
“Report”un xəbərinə görə, dəyişiklik Mülki Məcəllənin 842-ci (Sərnişin daşınması müqaviləsi) maddəsində edilir.
Hazırkı qanunvericiliyə əsasən, sərnişin daşınması müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılır.
Dəyişikliklə isə sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı, yaxud gediş haqqı ödəniş alətindən istifadə etməklə ödənildiyi andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/milli-meclis/azerbaycanda-sernisin-dasinmasi-muqavilesine-deyisiklik-edilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR