Hesablama Palatasının səlahiyyətləri genişləndirilir

Hesablama Palatasının səlahiyyətləri genişləndirilir
11:52 24 Oktyabr 2017
24 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ Hesablama Palatasının səlahiyyətləri genişləndirilir.
“Report”un xəbərinə görə, bununla bağlı “Hesablama Palatası haqqında” qanuna dəyişiklik təklif edilir.
İndiyək Hesablama Palatası dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət büdcəsinin icra olunmasına, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarətin həyata keçirilməsi zamanı yalnız cinayət əlamətləri olan hüquqpozmalar aşkar etdikdə təxirəsalınmadan müvafiq materialları Baş Prokurorluğa göndərirdisə, dəyişikliklə inzibati xəta əlamətləri olan hüquqpozmalar da aşkar etdikdə təxirəsalınmadan müvafiq materialları Baş Prokurorluğa göndərəcək.
Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/milli-meclis/hesablama-palatasinin-selahiyyetleri-genislendirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR