Almaniya Futbol İttifaqı Azərbaycan millisinin futbolçusunu cəzalandırıb

Almaniya Futbol İttifaqı Azərbaycan millisinin futbolçusunu cəzalandırıb
12:07 24 Oktyabr 2017
50 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ Almaniya Futbol İttifaqının İntizam Komitəsi Azərbaycan millisinin yarımmüdafiəçisi Dimitri Nazarovu cəzalandırıb. “Report” xəbər verir ki, buna səbəb “Ertsqebirqe Aue”nin formasını geyinən 27 yaşlı hücumçunun II Bundesliqanın XI turunda “Regensburq”la ev oyunu zamanı birbaşa qırmızı vərəqə almasıdır.
Nazarov komandasının 1:0 hesabı ilə qalib gəldiyi matçın 20-ci dəqiqəsində aut atarkən topu bilərəkdən rəqib futbolçunun başına çırpıb. Nəticədə o, meydandan qovulub. İntizam Komitəsi futbolçunu 3 oyunluq cəzaya, klubunu 3 min avro cəriməyə məruz qoyub.
Bununla bağlı klubun rəsmi saytına açıqlama verən forvard peşman olduğunu bildirib. O, komandasını çətin vəziyyətdə qoyduğu üçün üzr istəyib: “Özümü bu cür aparmamalı idim. Kluba və komandama zərər vurdum. Ona görə də üzr istəyirəm”.
Qeyd edək ki, 11 oyundan sonra hesabında 16 xal olan “Ertsqebirqe Aue” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/almaniya-futbol-i-ttifaqi-azerbaycan-millisinin-futbolcusunu-cezalandirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR