Bu müəssisələrin özəlləşdirilməsi qadağan edilir

Bu müəssisələrin özəlləşdirilməsi qadağan edilir
12:28 24 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Azərbaycanda dövlət mülkiyyətinin daha bir növünün özəlləşdirilməsi qadağan edilir.

Bununla bağlı “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunun 6.2-ci (Azərbaycan Respublikasının dövlət mülkiyyətində saxlanılan bəzi əmlak növlərinin özəlləşdirilməsi qadağandır) maddəsinə yeni bənd əlavə edilməsi təklif olunur.

Layihəyə görə, fundamental və strateji əhəmiyyətli elmi tədqiqatlar aparan dövlət elmi müəssisələrinin özəlləşdirilməsi qadağan olunur.

Layihə Milli Məclisin oktyabrın 31-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/218155.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR