Talıb Talenin evi hamını təəccübləndirdi - VİDEO

Talıb Talenin evi hamını təəccübləndirdi - VİDEO
12:47 24 Oktyabr 2017
774 Şou
Ölkə mətbuatı
A- A+

"Maşın"  realiti şousunun çəkiliş heyəti iştirakçı Talıb Talenin Göygöldəki evinə baş çəkib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, canlı yayımda təqdim olunan süjetdə müğənninin ailəsinin yaşadığı daxma hamını təəccübləndirib. 

Kadrlarda ifaçının atası Ələsgərov Ələsgər oğlu barədə danışıb:

"O, Aşıq Ələsgərin kötücəsidir. Tale ləqəbini universitetdə oxuyarkən götürüb. Talıbı verilişdə təkləmişdilər. Bəzi vaxtlarda çox kövrəlirəm. İndi özümdən asılı deyil, çox kövrəlirəm". 

Talıbın ögey anası Validə Bağırova isə onu öz övladı bildiyini deyib:

"Burda əsas maşın yox, dözümlülükdür. Talıb orada heç kimə arxadan zərbə vurmadı. Bunu tamaşaçılar görür. Axşam bacısı da atasına zəng etdi, onun şouda qaldığına görə təbrik etdi. Ikisi də ağladı. Həqiqətən də adam kövrəlir. Elə bilirəm ki, öz oğlumdur". 

Müğənni canlı yayımda atasına səslənərək onu möhkəm olmağa çağırıb:

"Burdan atama səslənirəm, oğlunla fəxr edə bilərsən. Çox təəssüf, anam bu günləri görə bilmədi. Amma yenə də hər şey yaxşıdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/593208.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR