"Corc Sorosla bağlı vəziyyət dəyişir" - Prezidentin köməkçisi

"Corc Sorosla bağlı vəziyyət dəyişir" - Prezidentin köməkçisi
13:04 24 Oktyabr 2017
33 Digər
Ölkə mətbuatı
A- A+

“Beynəlxalq siyasətin və beynəlxalq münasibətlərin məkrli aktoru Corc Soros adət edib ki, həmişə onunla razılaşsınlar”.

 

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov özünün “twitter” səhifəsində yazıb. O, “Açıq cəmiyyət” fondunun yaradıcısı, amerikalı milyarder Corc Sorosla bağlı yaranan vəziyyətə münasibət bildirib: “Amma görünür, vəziyyət dəyişməyə başlayır, özü də Avropadan”.

 

Qeyd edək ki, Corc Sorosun gəlirinin 75 faizini özünün siyasi və sosial proqramlarına xərcləyəcəyi xəbəri dünyada gərginlik yaradıb. Demokratik yolla seçilmiş bir sıra liderlər onun pulu nəticəsində satın alınan siyasətçilərə qarşı mübarizənin çətin olacağından narahatlıq ifadə ediblər.

 

Avstriyada parlament seçkilərində qalib gəlmiş xarici işlər naziri Sebastian Kurz ötən gün onun “Açıq cəmiyyət” fondunun ölkəsində bağlanması üçün 28 gün verdiyini açıqlayıb.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/286388

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR