DİN-in idarə rəisi: "Sosial şəbəkələrdə ailə münaqişələrilə bağlı yer alan məlumatlar araşdırılır"

DİN-in idarə rəisi: "Sosial şəbəkələrdə ailə münaqişələrilə bağlı yer alan məlumatlar araşdırılır"
13:12 24 Oktyabr 2017
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ "Sosial şəbəkələrdə və müxtəlif informasiya vasitələrində ailə münaqişələri ilə bağlı yer alan məlumatlar Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsində təhlil edilir və araşdırılır".
"Report" xəbər verir ki, bunu "Məişət zor­akılığı ilə mübari­z­ədə effektiv cavab mexanizminin yaradılması" mövzusunda kon­­fransda həmin idarənin rəisi Oktay Kərimov deyib.
O bildirib ki, daxili işlər orqanları daxil olan bütün müraciətlər üzrə operativ tədbirlər görür: "Ailə münaqişəsi ilə bağlı polis orqanlarına daxil olan hər bir məlumat obyektiv araşdırılır, zorakılıq müəyyən olunan ailələr münaqişəli ailə kimi qeydiyyata götürülür, zorakılığa yol verən şəxslərə xəbərdarlıq edilir. Daxili işlər orqanları digər dövlət orqanlarının nümayəndələri ilə birlikdə əhali arasında mütəmadi maarifləndirmə işləri aparır". 

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/di-n-in-idare-reisi-sosial-sebekelerde-aile-munaqiselerile-bagli-yer-alan-melumatlar-arasdirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR