Şamaxıda 5 yaşlı uşaq üzərinə qaynar su tökülməsi nəticəsində ölüb

Şamaxıda 5 yaşlı uşaq üzərinə qaynar su tökülməsi nəticəsində ölüb
13:17 24 Oktyabr 2017
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ Şamaxı rayonunda 5 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb. 
"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şamaxı rayonunun Qaravəlli kəndində qeydə alınıb.
Belə ki, Qaravəlli kənd sakini, 2012-ci il təvəllüdlü Şəfa Zamin qızı Şirinovanın üzərinə ehtiyatsızlıqdan qaynar su tökülüb. 
Azyaşlı ailəsi tərəfindən dərhal Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/samaxida-5-yasli-usaq-uzerine-qaynar-su-tokulmesi-neticesinde-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR