Təhsil naziri Azərbaycanda doktorantura və magistratura təhsili ilə bağlı əsas problemi açıqlayıb

Təhsil naziri Azərbaycanda doktorantura və magistratura təhsili ilə bağlı əsas problemi açıqlayıb
13:17 24 Oktyabr 2017
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ "Hazırda Azərbaycanda doktorantura və magistratura pilləsində təhsilalanlarla bağlı əsas problem ondan ibarətdir ki, ali təhsil müəssisələrində elmi kadrların hazırlığı dövlət hesabına deyil, ali məktəblərin öz vəsaiti hesabına həyata keçirilir".
"Report" xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov Doktorantların və gənc tədqiqatçıların XXI respublika elmi konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, belə yanaşma son illərdə müşahidə edilən bəzi mənfi hallara zəmin yaradır və dövlət siyasətinin prioritetlərini tam şəkildə əks etdirmir.
Tədqiqat fəaliyyətinin təşkili işinə gəldikdə, nazir bildirib ki, bu, universitetlər üçün davamlı şəkildə güclənməkdə olan rəqabətin həlledici amillərindən birinə çevrilir: "Belə ki, dünya reytinq siyahılarının hazırlanmasında istifadə edilən meyarlar arasında tədqiqat fəaliyyəti 20 faiz xüsusi çəkiyə malikdir. "Elm haqqında" qanunun qəbul edilməsi ilə qanunvericiliyə tədqiqat universitetlərinin yaradılması daxil edilib. Bu statusu qazanan universitetlərə dövlət tərəfindən müvafiq maddi dəstək göstəriləcək. Tədqiqat universitetlərində fundamental və tədqiqi tədqiqatlar aparılmaqla yanaşı, yüksək texnologiyalara əsaslanan elm tutumlu sahələrin kadr və informasiya təminatının həyata keçirilməsi də nəzərdə tutulur". 

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/tehsil-naziri-azerbaycanda-doktorantura-ve-magistratura-tehsili-ile-bagli-esas-problemi-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR