"Problem odur ki, elmi kadrların hazırlığı dövlət yox, ali məktəblərin hesabına həyata keçirilir"

"Problem odur ki, elmi kadrların hazırlığı dövlət yox, ali məktəblərin hesabına həyata keçirilir"
13:22 24 Oktyabr 2017
40 Ölkə
Ölkə mətbuatı
A- A+

"Doktorantura və magistr pilləsində təhsilalanlarla bağlı problem ondan ibarətdir ki, bu gün ali təhsil müəssisələrində elmi kadrların hazırlığı dövlət hesabına deyil, ali məktəblərin öz vəsaiti hesabına həyata keçirilir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov doktorantların və gənc tədqiqatçıların XXI respublika elmi konfransında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, belə yanaşma son illərdə müşahidə edilən bəzi mənfi hallara zəmin yaradır və dövlət siyasətinin prioritetlərini tam şəkildə əks etdirmir:" Tədqiqat fəaliyyətinin təşkili işinə gəldikdə isə bu, universitetlər üçün davamlı şəkildə güclənməkdə olan rəqabət mübarizəsinin həlledici amillərindən birinə çevrilir. Belə ki, dünya reytinq siyahılarının hazırlanmasında istifadə edilən meyarlar arasında tədqiqat fəaliyyəti 20 faiz xüsusi çəkiyə malikdir" .

M.Cabbarov deyib ki ,"Elm haqqında" qanunun qəbul edilməsi ilə qanunvericiliyə tədqiqat universitetlərinin yaradılması daxil edilib.

Bu statusu qazanan universitetlərə dövlət tərəfindən müvafiq maddi dəstək göstəriləcək. Tədqiqat universitetlərində fundamental və tədqiqi tədqiqatlar aparılmaqla yanaşı yüksək texnologiyalara əsaslanan elm tutumlu sahələrin kadr və informasiya təminatının həyata keçirilmələri nəzərdə tutulur.

M.Cabbarov əlavə edib ki, ölkə başçısının 2016-cı ildə verdiyi sərəncamla magistraturaya qəbul olunanlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi elm və təhsil işçiləri tərəfindən böyük rəğbətlə qarşılanıb.

Onun sözlərinə görə , a li təhsilin fasiləsizliyinin təmin edilməsi həm gənclərin elmi fəaliyyətinin stimullaşdırması, ali təhsil müəssisələrində və elmi təşkilatlarda gender balansının qorunması baxımından çox böyük əhəmiyyət kəsb edir:"Artıq ilkin müsbət nəticələr var. 2017-2018-ci tədris ili üzrə magistraturaya qəbul olan oğlanların sayı əvvəlki illə müqayisədə 1593 nəfərdən 2771 nəfərə yüksəlib. Başqa sözlə , 74 faiz artıb . Ümumilikdə bu il magistraturaya sənəd verənlərin sayı əvvəlki illə müqayisədə 46 faiz azalsa da, qəbul olunanların sayı 36 faiz artıb. Bu fakt magistraturaya qəbulda keyfiyyət göstəricilərinin yüksəlməsindən, başqa sözlə desək, bakalavr pilləsini bitirənlər arasından daha yüksək bilik və bacarıqlara malik olanların magistraturaya üz tutmasından xəbər verir".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/593237.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR