245 nəfər eyni vaxtda körpüdən aşağı düşüb

Brazilyada qeyri-adi iplə tullanaraq dünya rekordu sınağını gerçəkləşdiriblər.

Metbuat.az xəbər verir ki, 245 nəfər eyni zamanda 30 metrlik körpüdən özlərini aşağı buraxıb.

Sınaq üçün qırılmayan iplərdən istifadə edilib. Dünya rekordu sınağı, San Paolo yaxınlarında yerləşən Hortolandia ərazisində baş verib.

Dünya miqyasında xəbər olan rekord sınağına beynəlxalq agentliklər maraq göstərib, görüntülərlə yanaşı rekordla bağlı çoxlu fotolar yayılıb.

Aysel Yaqubqızı / Metbuat.az

Heyvanların hamiləlik görüntüləri - FOTOLAR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR