İŞİD yox edildi, bölgənin xəritəsi dəyişdirilir - YENİ MƏRHƏLƏ

İŞİD yox edildi, bölgənin xəritəsi dəyişdirilir - YENİ MƏRHƏLƏ
13:43 24 Oktyabr 2017
53 Dünya
Ölkə mətbuatı
A- A+

“Suriyada artıq İŞİD-dən sonrakı mərhələyə keçilir və masada Türkiyədə də var”.

Publika.az
xəbər verir ki, bu barədə türkiyəli professor Nurşin Ateşoğlu Güney ABŞ prezidenti Donald Trampın PKK/PYD-ni müttəfiq elan etməsini şərh edərkən deyib.

N.Güney diqqəti ABŞ-ın PKK/PYD-yə verdiyi silahlara çəkib: “İndiyə qədər 3 min 500 TIR silah terror təşkilatına verilib. Normalda İŞİD-lə mübarizə üçün verilən bu silahlar geri alınmalıdır, amma ABŞ bunu etməyəcək. Əslində Trampın “Suriyada artıq başqa bir mərhələyə keçilir” deməsi gələcəkdə baş verəcək proseslərə işarədir. Başqa mərhələ dedikdə İŞİD-dən sonra şəhərlərin yenidən qurulması ağıla gələ bilər. Amma ABŞ bu işdə olmadığını deyir. Suriyada İŞİD-lə mübarizə adı altında ABŞ və Rusiya arasında vəkalət müharibəsi gedirdi. İŞİD məğlub edildi, amma Vaşinqton və Moskvanın müharibəsi başa çatmayıb”.

Türkiyəli professor qeyd edir ki, Ankara ABŞ-ın İraq və Suriyanın şimalından Aralıq dənizinə çıxacaq PKK/PYD dəhlizi layihəsinə zərbə vurdu, lakin bunun qarşısı tamamilə alınmayıb.

“Türkiyənin “Fərat qalxanı” və İdlib əməliyyatları dəhliz layihəsinə maneə oldu. Lakin bu planın başa çatdığını deyə bilmərik. Bunlar uğurlu həmlələrdir, ABŞ və Rusiya ilə yanaşı, Türkiyə və İran kimi regional güclərin razılığı olmadan bölgənin xəritəsini dəyişdirmək mümkün olmayacaq. Türkiyə bu həmlələrilə bundan sonra Suriya ilə bağlı masada yerini aldı”, - deyə o bildirib.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/218167.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR