"Vüsalənin şouya getməsini istəmirdim" - Anası ağladı - VİDEO - FOTO

"Vüsalənin şouya getməsini istəmirdim" - Anası ağladı - VİDEO - FOTO
14:12 24 Oktyabr 2017
403 Şou
Ölkə mətbuatı
A- A+

"Maşın" reailiti-şounu ötən gün aparıcı Vüsalə Əlizadə tərk edib.

Milli.Az axşam.az-a istinadən, şounun yaradıcı heyəti aparıcının evində qonaq olublar.

Vüsalənin anası Lütfiyə Əlizadə bildirib ki, qızının şouya qatılmasını istəməyib:

"Qızım iradəlidir. O gedəndə mən razı deyildim. Səhhəti ilə bağlı narahat idim. Dedi ki, gedirəm, səhhətimdə problem olsa, qayıdacam. Birinci can sağlığıdır. Əgər səhhəti ilə bağlı narahatçılığı varsa gəlsin".

Qızı Dilək isə anası üçün darıxdığını, onu efirdə görəndə ekrandan öpdüyünü deyib və Vüsaləyə hədiyyə göndərib.

Anasının və övladının yayımlanan görüntülərini izləyən Vüsalə göz yaşını saxlaya bilməyib. Aparıcı Murad Dadaşov Diləyin hədiyyəsini Əlizadəyə verərək, onun şoudan getdiyini söyləyib:

"Vüsaləni bura dəvət edəndə məqsədim qurulmuş tamaşa deyildi. Onun şoudan getməsi dünən səhər saatlarında baş verdi. Artıq səhhətində ciddi problem yoxdur. O, problemləri əvvəlcədən nəzərə alıb. Həkimlər davam edəcəyini dedilər, amma Vüsalə getmək istədi".

"Övladıma maşından öncə, mənim can sağlığım önəmlidir" deyə, Vüsalə bildirib.

Qeyd edək ki, V.Əlizadə bir böyrəklə yaşayır. O, əməliyyat olunub və anası öz böyrəyini ona verib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/593206.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR