ABŞ bu ölkəyə olan hərbi dəstəyini kəsdi - YENİ SANKSİYA DALĞASI GƏLİR

ABŞ bu ölkəyə olan hərbi dəstəyini kəsdi - YENİ SANKSİYA DALĞASI GƏLİR
14:33 24 Oktyabr 2017
47 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Myanma ordusuna hərbi dəstəyini dayandırıb.

Publika.az xəbər verir ki, buna səbəb ordunun arakanlı müsəlmanlara qarşı tətbiq edilən zorakılıq hadisələrinə qarışması olub.

Üstəlik, ABŞ tərəfindən Myanma ordusunda xidmət etmiş və hazırda edən ali səviyyəli hərbçilərə qarşı əlavə tədbirlər də görülüb.

Bu barədə xarici işlər nazirliyinin sözçüsü Heter Nauret yazılı açıqlama verib.

O, ABŞ-ın demokratik bir topluma keçid müddətində olan Myanmanı dəstəklədiyini, ancaq Arakanda yaşanan zorakılıq hadisələrin bağışlanılmaz olduğunu deyib. O, həmçinin, mövcud olan məhdud birlik və Myanma ordusuna silah satışının dayandırılması ilə bağlı görülən tədbirlər haqqında məlumat verib.

Sözçü ali səviyyəli hərbçilərin ABŞ-a girib-girməməsi mövzusunun müzakirəsinin dayandırıldığını deyib. O, ölkəsinin həmin şəxslərə iqtisadi sanksiyalar tətbiq edə biləcəyini söyləyib.

Myanma hökumətinə çağırış edən Nauret bildirib ki, Myanma ərazisini Birləşmiş Millətlər Təşkilatının dəlil tapmaq missiyası, beynəlxalq yardım təşkilatları və mediaya açıq elan etməlidir.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/218172.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR