Yuxudan oyanmayan 3 aylıq uşağın analiz cavabları hər kəsi şok etdi - FOTO

Yuxudan oyanmayan 3 aylıq uşağın analiz cavabları hər kəsi şok etdi - FOTO
14:42 24 Oktyabr 2017
82 Dünya
Ölkə mətbuatı
A- A+

İzmirdə yuxudan oyanmayan üç aylıq uşağın sidiyindən narkotik maddə aşkar edilib. 

Milli.Az Sabah-a istinadən xəbər verir ki, xəstəxanaya aparılaraq müayinə edilən 3 aylıq uşağın analiz cavabları hər kəsi şok edib. Körpənin sidiyində narkotik maddə ve antipsixotik dərman qalığına rast gəlinib. Uşağını əmizdirmədiyi məlum olan anasının tibb bacılarına "Uşağın ağzına bir şey sürtmüşəm" dediyi, ancaq o maddənin nə olduğunu açıqlamadığı üzə çıxıb.

Ananın narkotik asılısı olduğu iddia edilir. Və bu problemlə bağlı 2 ildir müalicə almadığı deyilir. 

Uşağın müalicəsi xəstəxanada davam edir. Xəstəxandan uşağa qida çox az verildiyindən normal çəkisindən çox aşağı olduğu və böyrəklərinin də sıradan çıxmaq üzrə olduğu deyilib.

Körpənin valideynləri istintaq qrupu tərəfindən dindirilir.

Məhəmməd Vaqif

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/593247.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR