Rusiya və Səudiyyə Ərəbistanı OPEC+ anlaşmasının müddətinin uzadılmasını müzakirə edəcək

Rusiya və Səudiyyə Ərəbistanı OPEC+ anlaşmasının müddətinin uzadılmasını müzakirə edəcək
14:57 24 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ Rusiya və Səudiyyə Ərəbistanının energetika nazirləri noyabrın 2-də neft hasilatının azaldılması ilə bağlı OPEC+ anlaşmasının müddətinin uzadılmasını müzakirə edəcək. 
"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiyanın energetika naziri Aleksandr Novak məlumat verib. 
Müzakirələrin Ər-Riyadda keçiriləcəyi bildirilir. 
"Düşünürəm ki, tərəflər anlaşmaya riayət edilməsi, neft bazarının vəziyyəti və anlaşmanın perspektivlərini müzakirə edəcək", - deyə A.Novak açıqlamasında bildirib.
O həmçinin qeyd edib ki,  belə görüşlər mütəmadi keçirilir: "Bu o demək deyil ki, biz qərar qəbul edəcəyik". 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/rusiya-ve-seudiyye-erebistani-opec-anlasmasinin-muddetinin-uzadilmasini-muzakire-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR