Kseniya Sobçak: “Krım Ukraynaya aiddir!”

Kseniya Sobçak: “Krım Ukraynaya aiddir!”
15:03 24 Oktyabr 2017
50 Dünya
Ölkə mətbuatı
A- A+

"Rusiya və Ukrayna üçün indi əsas məsələ dostluğu bərpa etməkdir. Nəyin bahasına olursa olsun!", - bu sözləri mətbuat konfransında Kseniya Sobçak deyib.

Publika.az bildirir ki, prezidentliyə namizəd olacaq Kseniya Sobçak mətbuat konfransında həmçinin Krımın Ukraynaya aid olduğunu da dilə gətirib.

"Beynəlxalq hüquqa əsasən Krım Ukraynaya aiddir. Rusiya “1994-cü il Budapeşt memorandumu”nu pozdu", - deyə teleaparıcı gözlənilmədən hamını təəccübləndirib.

Xatırladaq ki, Kseniya Sobçak 18 oktyabrda qarşıdakı prezident seçkisində iştirak etmək üçün öz namizədliyini irəli sürdüyünü elan etmişdi.

Zaur H.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/218180.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR