Mübariz Qurbanlı Sabirabadda 20-dən çox vətəndaşın müraciətini dinləyib

Mübariz Qurbanlı Sabirabadda 20-dən çox vətəndaşın müraciətini dinləyib
15:17 24 Oktyabr 2017
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində Saatlı, İmişli, Sabirabad və Xocavənd rayonlarının sakinlərini qəbul edib.
Komitədən "Report"a verilən məlumata görə, qəbul zamanı 20-dən çox vətəndaşın müraciəti dinlənilib.
Vətəndaşların müraciətləri əsasən dini icmaların dövlət qeydiyyatı, dini icmaların fəaliyyəti, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərin təmiri, Quran kurslarının təşkil edilməsi və sair məsələlərlə bağlı olub.
Müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib.
Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərə dair müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Xəbərin orijinal ünvanı: https://report.az/din/mubariz-qurbanli-sabirabadda-20-den-cox-vetendasin-muracietini-dinleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR