Almaniyada Azərbaycan millisinin futbolçusu cəzalandırıldı

Almaniyada Azərbaycan millisinin futbolçusu cəzalandırıldı
15:22 24 Oktyabr 2017
46 İdman
Ölkə mətbuatı
A- A+

Almaniya Futbol İttifaqının İntizam Komitəsi Azərbaycan millisinin yarımmüdafiəçisi Dimitri Nazarovu cəzalandırıb.

Milli.Az Report-a istinadən xəbər verir ki, buna səbəb "Ertsqebirqe Aue"nin formasını geyinən 27 yaşlı hücumçunun II Bundesliqanın XI turunda "Regensburq"la ev oyunu zamanı birbaşa qırmızı vərəqə almasıdır.

Nazarov komandasının 1:0 hesabı ilə qalib gəldiyi matçın 20-ci dəqiqəsində aut atarkən topu bilərəkdən rəqib futbolçunun başına çırpıb. Nəticədə o, meydandan qovulub. İntizam Komitəsi futbolçunu 3 oyunluq cəzaya, klubunu 3 min avro cəriməyə məruz qoyub.

Bununla bağlı klubun rəsmi saytına açıqlama verən forvard qərarla razılaşdığını və hərəkətindən peşman olduğunu bildirib. O, komandasını çətin vəziyyətdə qoyduğu üçün üzr istəyib: "Özümü bu cür aparmamalı idim. Kluba və komandama zərər vurdum. Ona görə də üzr istəyirəm".

Qeyd edək ki, 11 oyundan sonra hesabında 16 xal olan "Ertsqebirqe Aue" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/593213.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR