Kriştianu Ronaldu mərasimə hamilə sevgilisi və oğlu ilə getdi - FOTO

Kriştianu Ronaldu mərasimə hamilə sevgilisi və oğlu ilə getdi - FOTO
15:27 24 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Portuqaliya yığmasının və İspaniyanın "Real" (Madrid) klubunun ulduzu Kriştianu Ronaldu "İlin futbolçusu" seçildiyi mərasimə qeyri-rəsmi nikahda olduğu xanımı Corcina Rodriges və oğlu Kriştianu ilə birlikdə qatılmışdı.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "Best FIFA Football Awards"ın keçirildiyi, Londonun Uest-End səmtində yerləşən "Palladium Theatre"a Ronaldu qələbəyə inamla yollanmışdı.

Ronaldunun övladına hamilə, 22 yaşlı Corcina Rodriges mərasimdə "Barselona"nın argentinalı ulduzu Lionel Messinin xanımı Antonella Rokusso ilə də görüşüb.

K.Ronaldunun 7 yaşlı oğlu Kriştianu isə məşhur futbolçularla selfi çəkdirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/593133.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR