Bu il vətəndaşlar öz hesabına 8 mindən çox ev tikib

Bu il vətəndaşlar öz hesabına 8 mindən çox ev tikib
15:37 24 Oktyabr 2017
46 Ölkə
Ölkə mətbuatı
A- A+

2017-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda vətəndaşların vəsaiti hesabına ümumi sahəsi 1 milyon 228,7 min kvadrat metr olan 8,5 min fərdi yaşayış evi istifadəyə verilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, fərdi yaşayış evlərinin 447,8 min kvadrat metri və ya 36,4 faizi kənd yerlərində tikilib.

Əhalinin vəsaiti hesabına tikilmiş fərdi yaşayış evlərinin orta ümumi sahəsi 143,9 kvadrat metr olub.

Qeyd edək ki, fərdi yaşayış evlərinin 49,8 faizi Naxçıvan Muxtar Respublikasında, Bakı, Lənkəran və Şəki şəhərlərində, Abşeron, Qazax, Tovuz, Şəmkir, Cəlilabad və Qəbələ rayonlarında inşa edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/593272.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR