SOCAR İsveçrədə tərəfdaşları ilə birgə elektrikli avtomobillər üçün yükləmə stansiyası istifadəyə verib

SOCAR İsveçrədə tərəfdaşları ilə birgə elektrikli avtomobillər üçün yükləmə stansiyası istifadəyə verib
15:37 24 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İsveçrədəki törəməsi “Socar Energy Switzerland”, eləcə də “Groupe E” şirkəti tərəfdaşları “Autogrill” şirkəti ilə birgə İsveçrənin Bern əyalətində elektrikli avtomobillər üçün ən böyük sürətli enerji yükləyən stansiyanı istifadəyə verib.
“Report” Bieler Tagblatt" saytına istinadən xəbər verir ki, Piterlendəki xidmət mərkəzi avtomobillərin sıx olduğu şosse üzərində yerləşir.
Odur ki, bu ərazidə sürətli yükləmə stansiyasının yerləşməsi xüsusi önəm daşıyır.
Ötən gün baş tutmuş açılış mərasimi zamanı dəvət oluna qonaqlar da ərazidə müxtəlif markalı elektrik avtomobilərini test ediblər. 
Qeyd edək ki, ən son nəsil elektrik yükləmə stansiyasında qurğuların hər biri 50 KVt gücə malikdir və iki nəqliyyat vasitəsinin eyni anda yükləməsinə imkan verir.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/socar-i-svecrede-terefdaslari-ile-birge-elektrikli-avtomobiller-ucun-yukleme-stansiyasi-istifadeye-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR