Azərbaycan Kuboku uğrunda yarışlar başladı

Azərbaycan Kuboku uğrunda yarışlar başladı
15:37 24 Oktyabr 2017
51 İdman
Ölkə mətbuatı
A- A+

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə gənclər və yeniyetmə idmançılar (2000-2002, 2003-cü il və daha kiçik təvəllüdlü) arasında stolüstü tennis üzrə Azərbaycan Kuboku uğrunda yarışlara start verilib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Şəxsi-komanda xarakteri daşıyan yarışlarda Bakı, Sumqayıt, Şabran, Gədəbəy və Şəki şəhərlərindən 19 yeniyetmə və 8 gənclərdən ibarət komanda olmaqla 100-ə yaxın idmançı iştirak edib.

Açılış mərasimində çıxış edən Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov ölkəmizdə idmana göstərilən böyük diqqət və qayğıdan, stolüstü tennisin inkişafı istiqamətində görülən işlərdən və son dövrlərdə idmançılarımızın əldə etdiyi yüksək nəticələrdən bəhs edib.

Sonda idmançıların hər birinə uğurlar arzuladılar. Kubok uğrunda yarışlara 27 oktyabr tarixlərində yekun vurulacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/593266.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR