Kəmaləddin Heydərov BMT rəsmisi ilə görüşüb

Kəmaləddin Heydərov BMT rəsmisi ilə görüşüb
15:39 24 Oktyabr 2017
41 Digər
Ölkə mətbuatı
A- A+

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov oktyabrın 24-də BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi və UNDP-nin Azərbaycan Respublikası üzrə rezident nümayəndəsi Qulam İshaqzai ilə görüşüb. Lent.az-ın Fövqəladə hallar Nazirliyinin saytına istinadən məlumatına görə, qonaqları səmimiyyətlə salamlayan fövqəladə hallar naziri Kəmaləddin Heydərov rəhbərlik etdiyi qurumun beynəlxalq təşkilatlarla, o cümlədən BMT ilə əməkdaşlığına böyük əhəmiyyət verdiyini diqqətə çatdırmış və gələcəkdə də bu münasibətlərin inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.

 

BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Qulam İshaqzai səmimi qəbula görə təşəkkürünü bildirərək Fövqəladə Hallar Nazirliyinin BMT-nin müxtəlif təşkilatları ilə birgə uğurlu layihələr həyata keçirdiyindən məmnun olduğunu söyləyib və səmərəli əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edib.

 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər və gələcək əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/286404

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR