Cəlilabadda qar 20 kəndi mərkəzdən ayırdı

13:42 9 Yanvar 2015
132 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az CTV-yə (Region tv-yə ) istinadən bildirir ki, güclü qarın yağması Cəlilabad rayonunda  bir sıra çətinliklərə yol açıb. Yolların buz bağlaması  kəndlərlə rayonun əlaqəsin məhdudlaşdırıb. Dağətəyi ərazilərdə yerləşən 3 kənddə isə  elektrik enerjisnin verilişi kəsilib.

Əsasən dağlıq ərazilərdən keçən Cəlilabad-Yardımlı avtomobil yolunun qarla örtülməsi  yolda  qəzalara da səbəb olub. Bəzi avtomobillər isə sərt döngələrdə köməksiz vəziyyətdə  qalıb.

Qarın yağması rayonun Ucqar  dağ kəndlərində elektrik  naqillərinin qırılmasına və dirəklərin  aşmasına da  səbəb olub. Nəticədə rayonun Adnalı, Babaxanlı,  Şatırlı, Badamağacı və  Buravar  kəndlərinə  elektrik enerjisinin verilməsi dayandırılıb.

Bundan başqa təbii fəlakət nəticəsində  kəndlə internet əlaqəsi də kəsilib.

Axşam saatlarnda qar daha da intensivləşib. Ən son məlumatlara görə,  Cəlilabad- Yardımlı  avtomobil yolu tamamilə bağlanıb. Hazırda 20-dən yuxarı kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Yağan qarın hündürlüyü  Cəlilabad rayonunun  dağlıq ərazilərində 30, düzən ərazilərə isə 7 sm-ə  çatıb. Hazırda qarın yağması davam edir.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/318111.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR