Hökumət 2022-ci ilədək iqtisadi artım proqnozlaşdırır

Hökumət 2022-ci ilədək iqtisadi artım proqnozlaşdırır
15:44 24 Oktyabr 2017
54 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan hökumətinin proqnozuna əsasən, cari ildə ölkənin ümumdaxili məhsul istehsalı (ÜDM) 68 mlrd. 164,7 mln. manat təşkil edəcək.

 

"APA-Economics" xəbər verir ki, bu, 2018-2021-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində əksini tapıb.

 

Beləliklə, bu il 0,3%-lik real artım tempi proqnozlaşdırılır.

 

Hökumətin proqnozlarına görə, özəl sektorun ÜDM-də payı 84% olacaq.

 

Neft sektorunda bu il 24 mlrd. 280,4 mln. manatlıq və ya 4,3% az, qeyri-neft sektorunda isə 43 mlrd. 884,3 mln. manatlıq və ya 2,6% çox istehsal gözlənilir.

2018-ci ildə isə 1,5%-lik iqtisadi artım proqnozlaşdırılır. Belə ki, gələn il Azərbaycanda ÜDM-in 69 mlrd. 395,4 mln. manata (neft sektoru - 21 mlrd. 764,9 mln. manat, qeyri-neft sektoru - 47 mlrd. 630,5 mln. manat) çatacağı proqnozlaşdırılır. Özəl sektorun ÜDM-də payı 83%-ə enəcək.

 

Proqnozlara əsasən, 2019, 2020 və 2021-ci illərdə Azərbaycan iqtisadi müvafiq olaraq 4%, 3,7% və 2,9% artacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/286405

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR