Azərbaycanla Çexiya arasında aqraq sahədə əməkdaşlıq əlaqələri müzakirə edilib

Azərbaycanla Çexiya arasında aqraq sahədə əməkdaşlıq əlaqələri müzakirə edilib
15:52 24 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ Bu gün kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Çexiya Senatının sədr müavini Yirji Şestakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
“Report” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, görüşdə məqsəd aqrar sahədə əməkdaşlıq əlaqələrinin müzakirəsi olub.
İ.Quliyev iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin potensialının artırılmasını məqsədəuyğun hesab edib. O, Azərbaycanda aqrar sahədə həyata keçirilən institusional islahatlar, aqraq sektorun müxtəlif sahələrinə ayrılan subsidiyalar, ixracyönümlü sahələr, xüsusilə pambıqçılıq, baramaçılıq, tütünçülük, fındıqçılıq və çayçılığın inkişafı ilə bağlı görülən tədbirlər barədə geniş məlumat verib.
Nazir müavini Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının ekoloji baxımdan organikliliyini nəzərə çatdırıb, onlara Rusiya daxil olmaqla MDB məkanında yüksək təlabat olduğunu, xüsusilə müasir istixanalarda istehsal olunan pomidorun Rusiya bazarında brend kimi tanındığını qeyd edib. İ.Quliyevin sözlərinə görə, Azərbaycan neft ölkəsi olsada, hazırda ölkədə qeyri-neft sektorunun inkişafına böyük diqqət yetirilir, strateji proqramlar, regionlarda sərmayə qoyuluşunu genişləndirmək üçün infrastruktur layihələri həyata keçirilir.
O, həmçinin Azərbaycanda fermer və sahibkarların torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad olunduğunu, gübrələrin 70%, kənd təsərrüfatı texnikalarının 40% güzəştlə verildiyini qonaqların diqqətinə çatdırıb, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması məqsədilə Göygöl rayonunda ən müasir texnologiyalara uyğun Süni Mayalama Mərkəzinin tikildiyini, hər doğulan buzova görə dövlətin 100 manat subsidiya verdiyini bildirib.
İlham Quliyev Azərbaycan Dövlət Aqrar Universiteti ilə Çexiyanın müvafiq təhsil müəssisələri ilə kadr hazırlığı, elmi və tələbə mübadiləsinin aparılmasını məqsədəuyğun hesab edib. Nazir müavini milli sərvət sayılan Qarabağ və Dilbaz at cinsləri barədə məlumat verərək bu sahədə də əməkdaşlıq üçün imkanların olduğunu diqqətə çatdırıb.
İlham Quliyev çex iş adamlarını hər il Azərbaycanda keçirilən ənənəvi kənd təsərrüfatı sərgisinə dəvət edib. O, əlavə edib ki, son 4 ildə kənd təsərrüfatı sahəsində böyük bir dönüş yaranıb. Belə görüşlər iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin genişlənməsinə öz töhvəsini verəcək.
Y.Şestak Azərbaycanla Çexiya arasında kənd təsərrüfatı sahəsində əlaqələrin daha da genişlənməsi üçün səylərini əsirgəməyəcəyini bildirib. Qeyd edək ki, görüşdə Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka da iştirak edib.

Xəbərin orijinal ünvanı: https://report.az/ask/azerbaycanla-cexiya-arasinda-aqraq-sahede-emekdasliq-elaqeleri-muzakire-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR