Parisdə terrorçuların saxlanılması üzrə əməliyyat başlayıb

Parisdə terrorçuların saxlanılması üzrə əməliyyat başlayıb
13:43 9 Yanvar 2015
97 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 9 yanvar /Trend/

"Charlie Hebdo" satirik nəşrinin redaksiyasına hücumda şübhəli bilinənlərin saxlanılması üzrə əməliyyat keçirilir. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Fransa daxili işlər naziri Bernar Kaznev deyib.

Onun sözlərinə görə, yaxın dəqiqələrdə başlayan əməliyyatı xüsusi təyinatlı polis dəstəsi və jandarmeriyanın antiterror bölmələri həyata keçirir.

B.Kaznev qeyd edib ki, təhlükəsizlik qüvvələrinin ümumi səfərbərliyi elan edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2351372.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR