Bakı metrosunda ölüm

Bakı metrosunda ölüm
13:52 9 Yanvar 2015
108 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı metropoltenində ölüm hadisəsi olub
Qurumun mətbuat katibi Nəsimi Paşayev aktual.az-a açıqlamasında bildirib ki, hadisə 33 saylı marşrutda təxminən saat 11:30-da olub:

“1954-cü il təvəllüdlü Mirolov Valeri Alekseyeviç vaqonda vəfat edib. Qatar “Nizami” stansiyasından hərəkətə başladıqdan sonra o özünü pis hiss edib. Dispetçerlər təcili yardım çağırıblar, qatar “28 May” stansiyasına çatmamış həkimlər gəliblər. Lakin həyatını xilas etmək mümkün olmayıb. İlkin ehtimala görə, ürək tutmasından vəfat edib. Dəqiq məlumat ekspertizadan sonra məlum olacaq. Meyit aidiyyatı üzrə polis əməkdaşlarına təhvil verilib”.

N.Paşayev vəfat edən şəxsin içkili olması haqda məlumatların yanlış olduğunu deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/318115.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR