Livan kəşfiyyatı Fransada daha dəhşətli terror aktlarının hazırlandığını açıqladı

13:52 9 Yanvar 2015
89 Dünya
Ölkə mətbuatı
A- A+

Livan kəşfiyyatı bir sıra islamçı qrupların Fransada terror aktları hazırladığına dair bu ölkə kəşfiyyatını əvvəldən xəbərdar edib
APA-nın xəbərinə görə, bu barədə Livanda nəşr olunan “Əs-Səfir” qəzeti məlumat yayıb. “Bizim aldığımız informasiya göstərir ki, Fransa ərazisində yeni terror aktları hazırlanır, ola bilsin ki, onlar “Charlie Hebdo” jurnalına qarşı törədilən terrordan daha amansız olsun”, - deyə qəzetə məktub göndərən kəşfiyyat nümayəndəsi bildirib.

Terror aktlarının Suriyadan qayıtmış və ya Suriyadakı qruplaşmalarla bağlılığı olan silahlılar tərəfindən hazırlandığı güman olunur.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR