Rusiyada vətəndaşı Azərbaycanda yol qəzasında öldü

Rusiyada vətəndaşı Azərbaycanda yol qəzasında öldü
13:53 9 Yanvar 2015
136 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir İlkin İzzət/

Gürcüstan vətəndaşının avtomobili ilə Azərbaycan vətəndaşının traktorunun toqquşması nəticəsində Rusiya vətəndaşı ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 8-də saat 20 radələrində Goranboy rayonunun Borsunlu kəndində Gürcüstan vətəndaşı Cavanşir Çavuşun idarə etdiyi “VAZ-21065” markalı avtomobillə Göygöl rayon sakini Ayaz Həsənovun idarə etdiyi “MTZ-80” markalı traktor toqquşub.

C.Çavuşun sərnişini - Rusiya Federasiyası vətəndaşı Sahib Mustafayev hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR