Prosineçki xəstələndi

Prosineçki xəstələndi
13:57 9 Yanvar 2015
171 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin səhhətində problem yaranıb.
 
Milli.Az-ın report-a istinadən yaydığı xəbərə görə, bu barədə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat verib.
 
M.Nərimanoğlu bildirib ki, xorvatiyalı mütəxəssisin soyuqdəymə üzündən bədən hərarəti 40 dərəcəyə yüksəlib. Ona görə də R.Prosineçkinin Türkiyənin Antalya bölgəsinə bu günə nəzərdə tutulan səfəri təxirə salınıb. AFFA rəsmisi baş məşqçinin Türkiyəyə yanvarın 11-də yollanacağını açıqlayıb.
 
Qeyd edək ki, Robert Prosineçki Antalyaya Azərbaycan klublarının hazırlıq prosesini izləməyə getməli idi.

Milli.Az

 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/318117.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR