Gəncəyə "qəfil" qış gəlməyəcək?

Gəncəyə "qəfil" qış gəlməyəcək?
13:57 9 Yanvar 2015
188 Sosial
Ölkə mətbuatı
A- A+

Gəncədə şəhər təsərrüfatının qarlı və şaxtalı havalar üçün hazırlığına diqqət artırılıb

Milli.Az Kəpəz Tv-yə istinadən bildirir ki, havaların şaxtalı keçməsi və sinoptiklərin qar yağacağı barədə xəbərdarlığı Gəncədə şəhər təsərrüfatının qışa hazırlığına diqqəti artırıb. Verilən məlumata görə, payızdan edilən qum və duz tədarükü nəticəsində yollarda hər hansı bir çətinlik yaranmayacaq.
Sinoptiklərin son məlumatı Gəncədə aidiyyəti qurumları da hərəkətə gətirib. Bütün texnikalar saz vəziyyətə salınıb, işçi qüvvəsi isə qarlı-şaxtalı havalarda səfərbər olunacaq.

Aparılan hazırlıq işləri çərçivəsində qum və duz ehtiyatı xüsusi torbalara doldurularaq hazır vəziyyətə gətirilib ki, qarlı və şaxtalı havalarda avtomobil yollarına və səkilərə səpilsin. Eləcə də qar yağacağı təqdirdə texnikalar da istifadəyə hazırdır. Bu məqsədlə 10-a yaxın texnika ayrılıb. Ehtiyac olduğu təqdirdə bu say artırılacaq.

Eldəniz Yusubov
- Gəncə Şəhər Təmizlik İdarəsinin baş mühəndisi: “Qum, gil, 15 ton duz ehtiyatımız var. Texnikalarımız normaldır. Qarlı havalarda şəhərin bütün istiqamətlərində bütün sutka ərzində iş gedəcək”.

İşçi qüvvəsi də sərt üzünü göstərəcək hava şəraitinə uyğun lazımi geyim və vasitələrlə təmin edilib. Təxminən 50-yə yaxın canlı qüvvə qarın yaradacağı fəsadların aradan qaldırılmasına səfərbər ediləcək. Sinoptiklərin xəbərdarlığı Gəncədə özünü doğrultmadığından şəhər təsərrüfatı gücləndirilmiş iş rejimində çalışmır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/318113.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR