Cəmi 270 manata 40 dil öyrənə bilərsiniz

“Google” dünən San-Fransiskodakı toplantıda aralarında ağıllı telefonlar, mini kameralar və qulaqlığın da olduğu cihazları təqdim edib.

Metbuat.az xəbər verir ki, cihazlar arasında “Pixel Buds” qulaqlıqlar da var. Bu qulaqlığın ən önəmli xüsusiyyəti “Google” tərcümə proqramını istifadə edərək, 40 fərqli dildə sinxron tərcümə etməsidir.

Cihazın ABŞ-da 159 dollara (təxminən 270 AZN) satışa çıxarılacağı gözlənilir. Hazırda, bu qulaqlıqlar sadəcə “Google”un ağıllı telefonu “Pixel” modelləri üçün uyğundur.

Aysel Yaqubqızı / Metbuat.az

Kompüter və telefonların saatları geri çəkiləcək - Azərbaycan


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR