Bakıda “Sığorta Agentlərinin III Milli Forumu” keçirilir

09:22 6 Aprel 2015
Ölkə mətbuatı
A- A+

[ 06 Aprel 2015 10:14 ]


Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün Bakıda “Sığorta Agentlərinin III Milli Forumu” keçirilir.

 

APA-Economics”in məlumatına görə, forumda Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) rəisi Namiq Xəlilovun, Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramovun, eləcə də İcbari Sığorta Bürosunun və yerli sığorta şirkətlərinin nümayəndələrinin, sığorta agentlərinin və sığorta ekspertlərinin çıxışları nəzərdə tutulub.

 

Forumda sığorta bazarında agentlərin rolu, onların satış kanalları, vasitəçilərin peşəkarlığının artırılması, agentlik fəaliyyəti və bu sahədə rəqabət mühiti, sığorta agentlərinin üzləşdikləri problemlər, o cümlədən vergilərin ödənilməsi sahəsində problemləri və onların aradan qaldırılması, həmçinin daşınmaz əmlakın icbari sığortasında və avtomobillərin icbari sığortasında mənfi hallar və onların həlli, həm könüllü, həm də icbari sığorta növlərinin agentlər üçün yaratdığı perspektivlər, iqtisadi böhran dövründə sığorta müştərilərinin əldə saxlanılması və s. mövzularda müzakirələr aparılacaq.

 

Qeyd edək ki, tədbir DSNX və ASA-nın təşkilatçılığı keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378490

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR