Röya Rəqsanəni topa tutdu: "...efirə çıxmamalıydı"

Röya Rəqsanəni topa tutdu: "...efirə çıxmamalıydı"
10:24 6 Aprel 2015
102 Şou
Ölkə mətbuatı
A- A+

 

Müğənni Röya Ayxan həmkarı Rəqsanə İsmayılova ilə qalmaqal yaşayıb. Lent.az-ın məlumatına görə, buna səbəb Röyanın “Gündəlik” verilişində geyindiyi qısa ətəkli libasa Rəqsanənin münasibət bildirməsi olub: “Rəqsanə də incəsənət adamıdır, o paltarı geyinə bilər. Amma deməməlidir ki, ilk dəfə o geyinib. Biz göstərdik ki, o geyimi 2011-ci ildə “Göndər” mahnısına çəkilən klipdə geyinmişəm. Məndən sonra mənim saçlarıma bənzər saçlarla efirə çıxmamalıydı. Adi insanların dilindən deyirəm ki, o saç olmadı. Ya bir müddət gözləməli, ya da dəyişməli idi”.

 

Qeyd edək ki, müğənni R.İsmayılova “İnstagram” səhifəsində bildirmişdi ki, Röyanının “Gündəlik” verilişinə geyindiyi qısa ətəkli libası illər öncə o geyinib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198303

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR