Diktatorun iqamətgahında it ulayır - FOTO

Diktatorun iqamətgahında it ulayır - FOTO
10:27 6 Aprel 2015
72 Dünya
Ölkə mətbuatı
A- A+

Bir zamanlar bu məkanların yanından keçən liviyalılar başlarını qaldırıb binalara baxmağa qorxurdular. Çünki divarlara diqqətlə baxanlar dərhal saxlanılır, həbs olunur, ya da döyülürdülər.
 
Bir zamanlar lüks məkanlar, superbahalı villalar olan bu tikililər indi viran qalıb.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Liviya Ərəb Cəmahiriyyəsinin mərhum lideri, əzabla qətlə yetirilmiş Müəmmar Qəzzafinin paytaxt Tripolidəki iqamətgahları və villaları xarabazarlığa dönüb.
 
Villaların ikisi isə bazara çevrilib. Birində heyvanlar, digərində meyvə-tərəvəz satılır.
2011-ci ildə Liviyadakı qiyam, inqilab və çevriliş zamanı müxalifətçilərin hücum çəkdikləri Bab əl Əziziyyə əvvəllər Müəmmar Qəzzafinin baş iqamətgahı idi.
 
Qəzzafi burada yaşayırdı və onu yüzlərlə qvardiyaçı qoruyurdu.
İndi Bab əl Əziziyyə viranədir.
 
1969-cu ildə hərbi çevriliş nəticəsində hakimiyyətə gələndən sonra 42 il Liviyanı idarə etmiş Müəmmar Qəzzafinin digər villaları da eyni gündədir.
Onun Tripolinin cənubundakı başqa iqamətgahı barədəsə yerli sakinlər "orada indi it ulayır" deyirlər.
 
Milli.Az





















Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/23634.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR