İŞİD qarşısına keçəni güllələdi (VİDEO)

İŞİD qarşısına keçəni güllələdi (VİDEO)
10:31 6 Aprel 2015
54 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyada İŞİD silahlılarının Yarmuk qaçqın düşərgəsinə hücumlarını əks etdirən kadrlar yayılıb.

ANS PRESS-in məlumatına görə, kadrlarda silahlıların küçə ilə atışa-atışa irəlilədiyi görünür.

Son bir neçə günə qədər düşərgədə 20 minə yaxın insan yaşayırdı. Lakin İŞİD təhlükəsi ilə əlaqədar 2 mindən çox insan düşərgəni tərk edib. Sözügedən düşərgədə, əsasən, fələstinli qaçqınlar məskunlaşıblar.

Hazırda Yarmuk rayonunun əksər hissəsi İŞİD silahlılarının nəzarəti atındadır.

Suriya hərbi qüvvələrinin silahlılara qarşı aviazərbələri, eyni zamanda, dinc insanların həyatı üçün təhlükə törədir. Birləşmiş Millətlər Təşkilatı bölgədəki böhranlı vəziyyətlə əlaqədar beynəlxalq ictimaiyyətə xəbərdarlıq edib. Qaçqınlar qida, su və tibbi ləvazimat çatışmazlığından əziyyət çəkir.

Fələstin lideri Mahmud Abbas həmvətənlərinə qarşı edilən hücumlara görə narahat olduğunu bildirib.

Mahmud Abbas: “Yarmuk düşərgəsi hücumlardan əziyyət çəkir. Silahlı qruplaşmalar bir-birilərinə qarşı döyüşlər, onun ağrı-acısını isə biz çəkirik. Dəməşqdə Fələstin Liberal Təşkilatı fövqəladə komissiya yaradıb. Oradakı qardaş-bacılarımızı qorumaq üçün əlaqə yaratmağa çalışırıq”

Suriya hükuməti həyatı risk altında olan insanların təxliyə prosesinə başlayıb.

Silahlılara qarşı əməliyyatlar isə, səngimədən davam edir. Suriya qırıcıları silahlıların mövqelərini bombalayıb.



Mənbə
Associated Press



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=336059

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR