​"Taliban" liderinin 5 min sözlük tərcümeyi-halı yayılıb

​"Taliban" liderinin 5 min sözlük tərcümeyi-halı yayılıb
10:32 6 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 6 aprel. REPORT.AZ/ "Molla Ömər silahlı toqquşmalarda 4 dəfə yaralanıb, o, bir gözünü itirib".
"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu, Əfqanıstandakı "Talıban" hərəkatının lideri Molla Ömərin tərcümeyi-halında yazılıb.
Xəbərdə bildirilib ki, bu il Molla Ömərin hərəkata liderlik etməsinin 19-cu ili tamam olur. İddialara əsasən, 5 min sözlük tərcümeyi-hal onun "bilinməyən tərəflərinə" müəyyən aydınlıq gətirib. Orada bildirilib ki, Molla Ömər 1960-cı ildə Əfqanıstanın Qəndəhar əyalətinə aid bir kənddə anadan olub. Atasının ictimaiyyət arasında sayılan şəxslərdən biri olduğu tərcümeyi-halda vurğulanıb.
Qeyd edilib ki, Molla Ömər Əfqanıstana daxil edilmiş keçmiş sovet qoşunlarına qarşı mübarizə aparıb.
O, 1994-cü ildə mücahidlərin, 1996-cı ildə ona inananların dini lider olur.
"Molla Ömər xaraktercə sakitdir", - məlumatda bildirilib.
Mütəxəssislər Əfqanıstandakı "Taliban" hərəkatının Molla Ömərlə bağlı gözləniləməyən tərcümeyi-halını dəyərləndirərək bildiriblər ki, ölkədə İŞİD-in artan nüfuzunun qarşısını almaq üçün hərəkat təmsilçiləri bu addımı atıblar. Bununla da "Taliban" İŞİD-in məşhurluğuna qarşı Molla Ömərin tərcümeyi-halını çıxarıb.

Xəbərin orijinal ünvanı: http://report.az/maraqli/taliban-liderinin-5-min-sozluk-tercumeyi-hali

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR