Lamiyə Quliyeva haqda ilginc xəbər

Lamiyə Quliyeva haqda ilginc xəbər
10:37 6 Aprel 2015
63 Sosial
Ölkə mətbuatı
A- A+

“Yalandırsa, gerçək olsun...”
Saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsində ana olaraq azadlığa buraxılmış Lamiyə Quliyevanın sayt açması haqda məlumat yayılıb. Həmin məlumatda qeyd olunur ki, L.Quliyevaya sayt rəhbəri postu təklif olunub. Bu və digər suallarla həbsdən sonra Şəmkirdəki ata evində yaşayan L.Quliyevaya müraciət etdik.

Məşhur xanım sayt açması xəbərinə belə reaksiya verdi: “Yalandırsa, doğru olsun”.

L.Quliyeva bildirib ki, hazırda işsizdir. Özünə şəxsiyyət vəsiqəsi, xarici pasport alıb və hazırda övladının sənədlərinin qaydaya salınması ilə məşğuldur. L.Quliyeva işsiz olduğunu, bəzi təklifləri nəzərdən keçirdiyini də gizlətmədi: “Bu, mətbuata aidiyyəti olmayan təkliflərdir. Həbsdən çıxmışam, həyatımı yaşayıram. Novruz bayramını yaxınlarımla keçirdim.

Çox yaxşı bir bayram qeyd etdik. Hər şey yaxşıdır. Övladımın gələcəyini düşünürəm. İnşallah, hər şey yaxşı olar”. L.Quliyeva həbsdə ikən övladının dünyaya gəlməsi ilə bağlı aparılan araşdırmaların nəticəsindən xəbərsiz olduğunu dedi: “Həmin vaxt ifadəmi vermişəm, sözümü demişəm. Azadlığa çıxandan sonra məni çağıran olmayıb. Bilmirəm, nəyi araşdırırlar? Nə baş veribsə, onu onlara demişəm”.

L.Quliyevadan məhkumlar azadlığa buraxılarkən dövlətin ödədiyi pulu alıb-almadığını da soruşduq.

“420 manat puldur, hələlik almamışam. Sənədlərimi düzəltdim, gedib almalıyam”.

Yada salaq ki, L.Quliyeva 2014-cü il oktyabrın 16-da ana olub. Bu gün də 11 il həbsdə olan, rəsmən həyat yoldaşı olmayan bir qadın məhkumun ana olmasından dolayı ortaya çıxan suallar cavabsızdır. Penitensiar Xidmət, Baş Prokurorluq məsələ ilə bağlı araşdırma apardıqlarını fevralın 11-də bəyan ediblər, lakin ortada araşdırmaların nəticəsi yoxdur. L.Quliyeva saxlandığı Bakı İstintaq Təcridxanasında Elnur adlı bir məhkumla görüşdüyünü, uşağın atasının məhz o olduğunu deyir. Penitensiar Xidmət isə uşağın L.Quliyevaya məktubla göndərilən toxum mayesindən əmələ gəlməsində israr edir. Belə məlumatlar da var ki, E.Rəsulov toxum mayesini qanqal otunun paraşütlü toxumları vasitəsi ilə L.Quliyevaya yollayıb.

Xatırladaq ki, L.Quliyeva və onun nişanlısı olmuş V.Əliyev 2003-cü ilin mayında, o dövrdə Şəmkirin icra başçısı olan Aslan Aslanovun oğlu Ruslanı öldürməkdə suçlu biliniblər. L.Quliyeva 10 il, V.Əliyev isə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar. L.Quliyevanın həbs müddəti 2012-ci ildə 5 il 6 ay müddətinə uzadılıb. Əgər bu qərar olmasaydı, 15 yaşında həbs olunan məhkum qadın 2013-cü ilin mayında azad olunmalı idi. L.Quliyeva həbs müddətinin A.Aslanovun sifarişi ilə uzadıldığını açıqlayıb.

"Yeni Müsavat"


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/333002.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR