Azərbaycan güləşçiləri İstanbulda iki medal qazanıblar

10:38 6 Aprel 2015
33 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
İstanbulda yunan-Roma güləşi üzrə Vehbi Emrenin xatirəsinə həsr olunan turnirdə Azərbaycan millisi iki medal qazanıb.
AZƏRTAC xəbər verir ki, 21 ölkədən 250 güləşçinin iştirak etdiyi yarışda 59 kiloqram çəki dərəcəsində mübarizə aparan millimizin üzvü Elman Muxtarov bütün rəqiblərindən üstün olub və turnirin qızıl medalını qazanıb. Qazaxıstandan Daulet Absalimov, komanda yoldaşları Orxan Əhmədov və Taleh Məmmədov, yarımfinalda belaruslu Soslan Daurov üzərində qələbə qazanan E.Muxtarov finalda Qırğızıstan təmsilçisi Arsen Yeraliyevi məğlub edib.
Taleh Məmmədov isə bürünc medala sahib olub. Bürünc medal uğrunda görüşdə Soslan Daurovu məğlub edən güləşçimiz fəxri kürsünün üçüncü pilləsində yer alıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_guleschileri_Istanbulda_iki_medal_qazaniblar-843771

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR