Bu il 3 500-ə yaxın halda əmək qanunvericiliyinin pozulması faktı aşkarlanıb

09:47 6 Aprel 2015
45 Sosial
Ölkə mətbuatı
A- A+

Təhlillər nəticəsində əmək qanunvericiliyinin pozulması hallarının əsasən özəl sektora aid müəssisələrdə, ticarət və ictimai iaşə, topdansatış, tikinti sektorlarında baş verdiyi müəyyən edilib. Onların böyük əksəriyyətinin işəgötürənlər tərəfindən aradan qaldırılması təmin olunub, habelə ayrı-ayrı pozuntuların aradan qaldırılması müəyyən vaxt tələb etdiyi üçün onların ləğvi ilə bağlı işəgötürənlərə icrası qanunla məcburi olan göstərişlər verilib. Qeyd olunan dövrdə aşkar olunan hüquq pozuntuları ilə əlaqədar aidiyyatı işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə əsasən tətbiq olunan cərimələrin 50,07 faizi (414 697 manat) dövlət büdcəsinə ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 37 901 manat və ya 10,05 faiz çoxdur.
DƏMX işçi vətəndaşların əmək hüquqlarının təmin olunması istiqamətində nəzarət tədbirləri həyata keçirməklə yanaşı, əmək qanunvericiliyinin tətbiqi ilə əlaqədar işəgötürənlərə mütəmadi olaraq lazımı metodiki köməkliklərin göstərilməsini, müvafiq mövzuda məlumatlandırma işlərinin aparılmasını da təmin edib.

Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/3-500-e-yaxin-halda-emek-qanunvericiliyinin-pozulmasi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR