32 dəqiqə oynadı, darmadağın gördü

32 dəqiqə oynadı, darmadağın gördü
10:47 6 Aprel 2015
56 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisinin futbolçusu Vaqif Cavadov Türkiyə çempionatının I liqasında növbəti oyununu keçirib. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, “Boluspor”da çıxış edən həmyerlimiz komandasının “Alanyaspor”la ev oyununda iştirak edib.

Bolu təmsilçisi bu qarşılaşmada 0:3 hesabı ilə uduzub. Cavadov komandasının darmadağın olduğu qarşılaşmanın 58-ci dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, 26 oyundan sonra 32 xalı olan “Boluspor” 11-ci pillədə qərarlaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/332996.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR